“Ali təhsil müəssisində təhsilalanların elmi tədqiqat işinin təşkili haqqında Əsasnamə”nin və “Tələbə Elmi Cəmiyyəti haqqına Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli 295 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın Tədbirlər Planının 2.46-cı bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin 13.5-ci bəndini rəhbər tutaraq
 
 
ƏMR EDİRƏM:
 
1. “Аli təhsil müəssisində təhsilalanların еlmi tədqiqat işinin təşkili haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. “Tələbə Elmi Cəmiyyəti haqqına Nümunəvi Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
3. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin əlavələri ilə birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin İnternet saytında yerləşdirilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilsin.
Əsas: Aparat rəhbəri M.Eynullayevin təqdimatı. 
 
 
Mikayıl CABBAROV, 
Azərbaycan Respublikasının təhsil naziri 
27 iyun 2014-cü il 
№752

 
Əlavə: