Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ali təhsil müəssisələrində 2014-cü ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların siyahısının təsdiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılıq məktubunu və Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələrinin təkliflərini nəzərə alaraq
 
 
ƏMR EDIRƏM:
 
1. Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələrində 2014-cü ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların siyahısı təsdiq edilsin (əlavə olunur).
2. Ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın:
2.1 2014-cü ildə keçirilməsi nəzərdə tutulan müvafiq beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların keçirilməsini təmin etsinlər.
2.2 Beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların keçirilməsi ilə bağlı tələb olunan xərclər aidiyyəti ali təhsil müəssisələrinin vəsaiti hesabına ödənilsin.
2.3. 2014-cü ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların nəticələri barədə məlumatlar (hər bir konfrans keçirildikdən 3 gün sonra)    Nazirliyə təqdim edilsin.
3. Elm və ali təhsil şöbəsi (G.Hüseynova) təsdiq edilmiş konfrans və simpoziumların keçirilməsinə nəzarəti həyata keçirsin və ilin sonunda təhsil müəssisələrindən daxil olan məlumatları ümumiləşdirib rəhbərliyə müvafiq arayış təqdim etsin.
4. İnformasiya şöbəsi (E. Əliyev) əmrin əlavəsi ilə birlikdə çoxaldılıb müvafiq yerlərə   göndərilməsini və  Nazirliyinin veb-saytında   yerləşdirməsini təmin etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini C. Bayramova  həvalə olunsun.
Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.03.2014-cü il tarixli, 17/576-11 nömrəli razılıq məktubu və  ali təhsil müəssisələrinin təklifləri. 
 
                                                                                                Mikayıl CABBAROV, 
Azərbaycan Respublikasının təhsil naziri 
8 aprel 2014-cü il  
№391 

 
 
Əlavə: