Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı"nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, №12, maddə 1117; 2011, №9, maddə 853) ilə təsdiq edilmiş "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. "Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə" bölməsinə aşağıdakı məzmunda 28-ci hissə əlavə edilsin:

 

28. Bakı Avrasiya Universiteti fəlsəfə doktoru üzrə

-

 

 

1.2. "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi üzrə" bölməsinə aşağıdakı məzmunda 11-ci və 12-ci hissələr əlavə edilsin:

 

 

11. Azərbaycan Elmi-Tədqiqat Aqromexanika İnstitutu fəlsəfə doktoru üzrə

-

12. Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu fəlsəfə doktoru üzrə

-

 

 

2. Bu qərar  imzalandığı gündən qüvvəyə minir.

 

 
 Azərbaycan Respublikasının
Baş naziri Artur Rasi-zadə
 Bakı şəhəri, 19 iyul 2013-cü il
№ 188