Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ali təhsil müəssisələrində 2013-cü ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların siyahısının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılıq məktubunu,  AMEA-nın və Maliyyə Nazirliyinin rəylərini və Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələrinin təkliflərini  nəzərə alaraq
 
ƏMR EDİRƏM:
 
1. Təhsil  Nazirliyi sistemindəki ali təhsil müəssisələrində 2013-cü  ildə  keçiriləcək  beynəlxalq  və  respublika  səviyyəli  elmi  konfrans və simpoziumların siyahısı təsdiq edilsin (əlavə olunur).
2.  Ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın:
2.1 2013-cü ildə keçirilməsi nəzərdə tutulan müvafiq beynəlxalq və respublika səviyyəli elmi konfrans və  simpoziumların keçirilməsini təmin etsinlər.
2.2 Beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların keçirilməsi ilə bağlı   tələb olunan xərclər aidiyyəti ali təhsil müəssisələrinin 2013-cü ilə təsdiq olunmuş büdcə üzrə xərclər smetasının və büdcıdənkənar vəsaitlər üzrə gəlir və xərclər smetasının müvafiq xərc yarımmaddəsinin vəsaiti hesabına aparılsın.
2.3. Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələrində 2013-cü ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların nəticələri barədə məlumatlar (hər bir konfrans keçirildikdən 3 gün sonra)  Təhsil Nazirliyinə təqdim edilsin.
3.Elm şöbəsinə (G.Hüseynova) tapşırılsın:
3.1. Təsdiq edilmiş konfrans və simpoziumların keçirilməsinə nəzarəti həyata keçirsin və ilin sonunda təhsil müəssisələrindən daxil olan məlumatları ümumiləşdirib rəhbərliyə müvafiq arayış təqdim etsin.
3.2 Əmrin və  2013 -cü ildə keçiriləcək beynəlxalq və  respublika   səviyyəli  elmi  konfrans və  simpoziumların siyahısının “Təhsil Xəbərləri” məlumat-informasiya məcmuəsində dərc olunmasını təmin etsin.
4.  İctimaiyyətlə əlaqə şöbəsi  (B.Hüseynzadə)  əmrin və  2013 -cü ildə keçiriləcək beynəlxalq və       
respublika   səviyyəli  elmi  konfrans və  simpoziumların siyahısının  Təhsil Nazirliyinin veb-saytında  yerləşdirməsini təmin etsin.
5. Ümumi şöbə (X.Fərəcov) əmrin (əlavəsi ilə birlikdə) çoxaldılıb müvafiq yerlərə  çatdırılmasını təmin   etsin.
6. Əmrin icrasına nəzarət nazir müavini Q. Novruzova həvalə olunsun.
Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.02.2013-cü il tarixli, 17/17/138-11 nömrəli, AMEA-nın 28.01.2013 cü il tarixli, 01-3/61 nömrəli, Maliyyə Nazirliyinin 14.02.2013-cü il tarixli, 06/02-1-33-180 nömrəli məktublarını və Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələrinin təklifləri.
 
Misir Mərdanov
Azərbaycan Respublikasının təhsil naziri
11 mart 2013-cü il
№ 363

 
Əlavə: