Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin “Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında” 4 iyun 2012-ci il tarixli, 2269 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə
 
ƏMR EDİRƏM:
 
1. “Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist, pedaqoq və təbiətşunas alim Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsinə dair Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər planı təsdiq edilsin (əlavə olunur).
2. Ali təhsil müəssisələrinin, Şəhər (rayon) təhsil şöbələrinin rəhbərlərinə Tədbirlər planının icrasının təmin edilməsi və görülmüş işlər haqqında məlumatın 25 dekabr 2012-ci il tarixinə qədər Təhsil Nazirliyinə təqdim edilməsi tapşırılsın.
3. Təhsil Nazirliyinin Elm (G.Hüseynova) və Ali və orta ixtisas təhsili (İ.Mustafayev) şöbələri əmrdən irəli gələn məsələləri həll etsin.
4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını təmin etsin və Tədbirlər planı ilə birlikdə Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
5. Ümumi şöbə (X.Fərəcov) əmr və Tədbirlər planının çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm. 
Əsаs: Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2012-ci il tarixli, 2269 nömrəli Sərəncamı.
 
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
11 sentyabr 2012-ci il
№ 1473

Əlavə: