Təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri

Xocalı soyqırımının iyirmi altıncı ildönümünün təhsil müəssisələrində qeyd edilməsi məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

2. Tədbirlər Planına müvafiq olaraq, ali, orta ixtisas, ilk peşə-ixtisas, ümumi və məktəbdənkənar təhsil müəssisələrində 2018-ci ilin fevral ayı ərzində Xocalı soyqırımına həsr olunmuş tədbirlər həyata keçirilsin.

3. İnformasiya şöbəsi (E.Məmmədov) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını,  Nazirliyin internet səhifəsində yerləşdirilməsini, Nazirliyin aidiyyəti struktur bölmələrinə, yerli təhsili idarəetmə orqanlarına və təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunsun.

Əsas: Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 6 fevral 2018-ci il tarixli 22 nömrəli Sərəncamı.

 

Ceyhun BAYRAMOV,

Nazir vəzifələrini müvəqqəti icra edən, nazir müavini

12 fevral 2018-ci il

№F-122