Doktorantların və gənc tədqiqatçıların XIX Respublika elmi konfransının keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Doktorantların və gənc tədqiqatçıların apardıqları elmi tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaq məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə” nin 13.5-ci bəndini rəhbər tutaraq
 
ƏMR EDİRƏM:
 
1. Doktorantların və gənc tədqiqatçıların XIX Respublika elmi konfransı 2015-ci ilin 7-8 aprel tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetində keçirilsin.
2. Konfransın Təşkilat komitəsi və Əsasnaməsi təsdiq edilsin (əlavə olunur).
3. Ali təhsil müəssisələrinin rektorları Doktorantların və gənc tədqiqatçıların məruzə tezislərinin 2015-ci il 28 fevral tarixinədək Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinə təqdim edilməsini təmin etsinlər.
4. Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru (Ə.Muradov):
4.1. Konfransın Azərbaycan Dövlət İqtisad Universitetində yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaratsın.
4.2. Konfransın proqramının nəşrini, materiallarının nəşrə hazırlanmasını və nəşr edilməsini təmin etsin.
5. Elm və ali təhsil şöbəsi (G.Hüseynova) konfransın keçirilməsi ilə əlaqədar lazımi təşkilati məsələləri həll etsin.
6. İqtisadiyyat şöbəsi (R.Orucov) təqdim olunan təsdiqedici sənədlər əsasında konfransın keçirilməsi ilə bağlı xərclərin ödənilməsini təmin etsin.
7. İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavəsi ilə birlikdə Nazirliyin internet səhifəsində yerləşdirilməsini, “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, əmrin çoxaldılıb ali təhsil müəssisələrinə göndərilməsini təmin etsin.
8. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilsin.
ƏSAS: Elm və ali təhsil şöbəsinin 2015-ci il üçün fəaliyyət planı.
 
 
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri 
3 fevral 2015-ci il 
136