Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi əsasında 2013-cü ildə Təhsil Problemləri İnstitutunda yerinə yetiriləcək tədqiqat mövzularının siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq şöbələrinin, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun və TSİL üzrə LƏQ-in təkliflərini nəzərə alaraq
    
ƏMR EDİRƏM:
 
1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi əsasında 2013-cü ildə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda yerinə yetiriləcək tədqiqat mövzularının siyahısı təsdiq edilsin (əlavə olunur).
2. Nəzərə alınsın ki, Təhsil Nazirliyinin sifarişi əsasında 2012-ci ildə yerinə yetirilən tədqiqatların nəticələri Təhsil Nazirliyində dinlənilmiş və müzakirə edilmişdir.
3. 3.  Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutuna (A.Mehrabov) tapşırılsın:
3.1. Əmrin 1-ci bəndindəki siyahıya daxil olan tədqiqat mövzularının hər biri TPİ-nin Elmi Şurası tərəfindən 15 gün müddətinə layihə şəklində təsdiq olunsun və onların yerinə yetirilməsi üçün işçi qrupları yaradılsın.
3.2. Tədqiqatlar aparılarkən müvafiq beynəlxalq təcrübənin müqayisəli öyrənilməsinə önəm verilsin.  
3.3. Tədqiqatlar üzrə yekun hesabatlara daxil edilən nəticə və təkliflərin faktiki materiallara əsaslanması təmin olunsun.
3.4. Cari ilin sonunda növbəti il üçün tədqiqat mövzuları müəyyənləşdirilsin  və 2013-cü il 25 dekabr tarixinə qədər Təhsil Nazirliyinə təqdim edilsin.
4. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) tapşırılsın:
4.1 Təhsil Problemləri İnstitutunda Təhsil Nazirliyinin sifarişi əsasında tədqiqatların yerinə yetirilməsi üçün tələb olunan maliyyə vəsaitinin həmin institutun xərclər smetasında nəzərdə tutulmasını təmin etsin.
4.2 Uğurla nəticələnmiş tədqiqatları yerinə yetirən işçi qrup üzvlərinin Təhsil Problemləri İnstitutunun təqdimatı əsasında mükafatlandırılmasını təmin etsin.
5. Elm şöbəsi (G.Hüseynova) Təhsil Problemləri İnstitutunda Təhsil Nazirliyinin sifarişi əsasında tədqiqatların yerinə yetirilməsinə nəzarəti həyata keçirsin.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) 2012-ci ildə aparılan tədqiqatlar üzrə qəbul edilmiş yekun hesabatların kurikulum portalında və müvafiq saytlarda yerləşdirilməsini təmin etsin.          
7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Əsas: Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun 14.01.2013-cü il tarixli, 6901 nömrəli məktubu, Təhsil Nazirliyinin müvafiq şöbələrinin və TSİL üzrə LƏQ-in təklifləri.                                                                                        
 
Misir Mərdanov
Azərbaycan Respublikasının təhsil naziri
8 aprel 2013-cü il
№ 494

 
 
Əlavə: