"Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.22-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).
2. "Azərbaycan Respublikası Məktəbəqədər tərbiyə müəssisələrinin nümunəvi Əsasnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 17 yanvar tarixli 12 nömrəli qərarı ləğv edilsin.
 
Azərbaycan Respublikasının
Baş naziri 
Artur Rasi-zadə
Bakı şəhəri, 2 oktyabr 2012-ci il
№ 218

  
Əlavə: