18 aprel 2012-ci il tarixli, 597 nömrəli əmrə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Əlavə təhsil müəssisələrindən Təhsil Nazirliyinə daxil olan ixtisasartırma təhsili proqramlarının qiymətləndirilməsi və tətbiqi mexanizminin yaradılmasını təmin etmək məqsədilə
 
ƏMR EDİRƏM:
 
1. Əlavə  təhsil  müəssisələri  tərəfindən  təqdim olunan ixtisasartırma təhsili proqramlarının qiymətləndirilməsi   və   tətbiqinə   icazə   verilməsini   həyata   keçirmək  üçün  aşağıdakı  tərkibdə komissiya yaradılsın:

Aydın Kazımzadə Bakı Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, komissiyanın sədri
İlham Mustafayev

Ali və orta ixtisas təhsili şöbəsinin müdiri

Aydın Əhmədov   Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri
Fərzəli Qədirov Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri
Təranə Hacıyeva Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Şahrza Əliyev İqtisadiyyat şöbəsinin müdiri
Faiq Şahbazlı Dərslik və nəşriyyat şöbəsinin müdiri
Ağababa İbrahimov Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri
Gültəkin Hüseynova Elm şöbəsinin müdiri
İsmayıl Sadıqov  Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsinin müdiri
Namiq Məmmədov Texniki peşə təhsili şöbəsinin müdiri
Nərminə Alnağıyeva Məktəbəqədər təhsil sektorunun müdiri
Elvin Rüstəmov TSİİL üzrə Əlaqələndirmə qrupunun direktoru
Samir Məmmədov  Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi
Məlahət Hacıyeva  De-institutlaşma və uşaqların müdafiəsi idarəsinin rəisi
Ənvər Abbasov Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin  direktoru
Rəsul Əsgərov Təhsil Problemləri İnstitutunun İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzinin  direktoru
Zülfiyyə Veysova Bakı Avropa Liseyinin direktoru
Məhəbbət Vəliyeva Akademik Zərifə Əliyeva adına məktəbin direktoru
Gülşən Orucova  6 nömrəli məktəb-liseyin direktoru
   

           2. İxtisasartirma     təhsili     proqramlarının     müəyyənləşdirilmiş     meyarlar     əsasındaqiymətləndirilməsi və rəy verilməsi məqsədilə pedaqoji kadrların ayrı-ayrı kateqoriyaları üzrə ekspert qrupları yaradılsın (siyahı əlavə olunur).

Əsas: Təhsil Nazirliyinin 14 fevral 2013-cü il tarixli müşavirəsinin qərarı.
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
25 fevral 2013-cü il
№305

Əlavələr: