13.11.2012

Rusiya Federasiyası Aviasiya Sənayesi İşçilərinin Klubu, Aviasiya və Təyyarəçilik Elmlər Akademiyası tərəfindən Rusiya Federasiyası Maşınqayırma İşçiləri İttifaqının dəstəyi ilə Aviasiya və təyyarəçilik tarixi üzrə X Beynəlxalq Olimpiada keçirilir.

Olimpiadanın I turu internet şəbəkəsində onlayn rejimində keçirilir. Olimpiadada 12 yaşdan 18 yaşa qədər rus dilində danışmağı bacaran qız və oğlanlar iştirak edə bilərlər. Bunun üçün heç bir sənəd və icazə tələb olunmur. Bu turun qalibləri II turda iştirak etmək üçün xüsusi dəvət alacaqlar. II tur Moskva şəhərində keçiriləcək.
Olimpiada haqqında ətraflı məlumat almaq üçün olymp.as-club.ru saytına və ya +(495)685-19-30 telefonuna müraciət etmək olar.