11.05.2012

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Sumqayıt Şəhər Təhsil Şöbəsində aparıcı məsləhətçi dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə elan edir:

Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilərlər.
Musahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir.
-   ərizə (2 nömrəli əlavə)
-   ağ fonda rəngli fotoşəkil 1 ədəd ( 3 x 4 sm ölçüdə )
Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 11 may 2012- cil il tarixdən 25 may 2012-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının Təhsil Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.
Müsahibə zamanı müsahibədə istirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.
Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edilə bilər.
Telefonlar: 496-34-00 (2-28)


 
Sumqayıt  Şəhər Təhsil Şöbəsi, aparıcı məsləhətçi
vakansiya sayı: 1
vəzifə kodu: 1090401
İş yerinin ünvanı: Sumqayıt şəhəri, Sülh küçəsi, 3
İnzibatı vəzifənin təsnifatı: 9-cu təsnifat
Vəzifə maaşı: 182 manat
 
Qulluq funksiyaları:

 

  • Təhsilin keyfiyyət səviyyəsinin müəyyənləşdirilməsi üçün monitorinqlərin aparılması, nəticələrin təhlil edilməsi və təkliflərin hazırlanması;
  • Müəyyənləşdirilmiş formalar üzrə stastik hesabatların qəbulu, ümumiləşdirilməsi və yuxarı orqanlara təqdim olunması;
  • Ümumi təhsilin təşkili və idarəolunmasının təkminləşdilirməsi istiqamətində təhlilləri aparılması və təkliflərin  veilməsi;
  • Ümumi təhsil müəssisələri şəbəkəsinin təhlili  və onların optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
  • Sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himyəsindən məhrum uşaqların təhsili və sosial müdafiəsi sahəsində işin təşkili ilə bağlı məlumatların toplanması, ümumiləşdirilməsi və təkliflərin hazırlanması;
  • Ümumi təhsil sistemində yeni kurrikulumların tətbiqi üzrə işin təşkili;
  • təhsil müəssisələrini pedaqoji kadrlara olan tələbatının düzgün müəyyənləşdirilməsi və vaxtında sifarişlərin verilməsinin təmin edilməsi;
  • xüsusi istedada malik uşaqların aşkara çıxarılması və onlarla işin aparılmasında iştirak və s.
 
Vəzifənin tutulması şərtləri:
 
təhsil: təhsilin təşkili və idarəolunması ixtisası, maarif, filologiya ixtisas istiqamətləri üzrə ali təhsil;
kompüter MS WINDOWS MS OFFİCE İNTERNET və s. (orta, yüksək səviyyədə) ;
xarici dil, rus dili (orta- yüksək səviyyədə), ingilis dili (orta səviyyədə)