25.04.2012

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali məktəbələrində təhsil almaq məqsədilə müsabiqə

ELAN

Təhsil Nazirliyi 2012/2013-cü tədris ili üçün “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq məqsədilə 01.05.2012-ci il tarixindən etibarəmüsabiqə elan edir.

Müsabiqədə orta və ali məktəbdə təhsil aldığı dövrdə yüksək nailiyyətlər əldə etmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları”na və Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın 23 saylı, 03.04.2012-ci il tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı”na uyğun olaraq xarici ölkələrin ali məktəblərində təhsil alan və ya şərtsiz təhsil almaq hüququ qazanan vətəndaşlarımız iştirak edə bilərlər.

2012/2013-cü tədris ilində Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün aşağıdakı prioritet ixtisas istiqamətləri müəyyən edilmişdir:

 

 

  • biologiya;  
  • fizika;  
  • informasiya texnologiyaları;  
  • kənd təsərrüfatı;  
  • kimya; 
  • qədim dillər;  
  • mühəndislik;  
  • nanotexnologiya;  
  • neft sənayesi;  
  • riyaziyyat;  
  • tibb;  
  • turizm;  
  • iqtisadiyyat*.   

     

    *Qeyd. Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın 57 saylı, 25.05.2012-ci il tarixli Sərəncamı ilə siyahıya əlavə edilmişdir.

    I. Bakalavr dərəcəsi üzrə təhsil almaq məqsədilə müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

     

    1. elektron ərizə (çap edilərək imzalanmış nüsxə);

    2. 2012/2013-cü dərs ilində xarici ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qəbul haqqında müvafiq sənədin əsli və notariat qaydada tərcümə və təsdiq edilmiş surəti və ümumi orta təhsil haqqında* və ya orta ixtisas təhsili haqqında notariat qaydada təsdiq edilmiş sənədin surəti;

    3. hazırda xarici ali təhsil müəssisəsində  təhsil alanlar üçün müvafiq ali  məktəbdə təhsil almaq barədə təsdiqlənmiş                 sənədin və transkriptin  əslləri (fənlər üzrə akademik göstəricilər) və notariat qaydada tərcümə və  təsdiq edilmiş surətləri;

    4. ölkənin ali təhsil müəssisələrinin bakalavr səviyyəsində təhsil alanlar  üçün tələbə qəbulu üzrə aparılan test imtahanında göstərdiyi nəticələri            təsdiq edən sənədin əsli, təhsil aldığı ali məktəb tərəfindən verilmiş arayış və transkript (fənlər üzrə akademik göstəricilər);

    5. tələb olunan tədris dili imtahanının (TOEFL, IELTS və s.) və digər

     imtahanların verilməsi üzrəəyyən olunmuş rəsmi sertifikatın notariat

     qaydada təsdiq edilmiş surəti (mövcud olduğu halda);

    6. bitirdiyi ümumi orta və ya orta ixtisas təhsili və ya hazırda təhsil aldığı  ali təhsil müəssisəsi tərəfindən rəsmi şəkildə təsdiqlənmiş tövsiyə     məktubları* (2 ədəd);

    7. fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda);

    8. sağlamlıq haqqında arayış (AZS-086 nömrəli tibbi arayış);

    9. tərcümeyi-hal (CV) 

    10. 3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil 

    11. şəxsiyyət vəsiqəsinin surəti

    12. ümumvətəndaş pasportunun surəti

     

    *Qeyd. 2011/2012-ci dərs ilində orta məktəbi bitirən ərizəçilər orta təhsil haqqında sənəd (attestat) aldıqdan sonra müraciət edə bilərlər.

    *Hazırda Türkiyədə təhsil alanlar tərəfindən təqdim olunacaq tövsiyə məktublarından biri Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin təhsil məsələləri üzrə əməkdaşı tərəfindən təqdim edilməlidir.

     

    II. Magistratura, ordinatura, aspirantura, fəlsəfə doktoru (PhD), elmlər doktoranturu, rezidentura  və s. üzrə təhsil almaq məqsədilə müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

     

    1. elektron ərizə (çap edilərək imzalanmış nüsxə);

    2. 2012/2013-cü dərs ilində xarici ali təhsil müəssisələrinə qəbul olunanlar             üçün qəbul haqqında müvafiq sənədin əsli və notariat qaydada tərcümə və təsdiq edilmiş surəti və ümumi orta təhsil haqqında* və ya orta ixtisas təhsili haqqında notariat qaydada təsdiq edilmiş sənədin surəti;

    3. hazırda xarici ali təhsil müəssisəsində  təhsil alanlar üçün müvafiq ali  məktəbdə təhsil almaq barədə təsdiqlənmiş                 sənədin və transkriptin əslləri (fənlər üzrə akademik göstəricilər) və notariat qaydada tərcümə və təsdiq edilmiş surətləri;

    4. ölkənin ali təhsil müəssisələrinin magistratura və digər səviyyələrində təhsil alanlar üçün tələbə qəbulu üzrə aparılan test imtahanında göstərdiyi nəticələri təsdiq edən sənədin əsli, təhsil aldığı ali məktəb tərəfindən verilmiş arayış və transkript (fənlər üzrə akademik göstəricilər);

    5.  işlədiyi müəssisədən və ya təhsil aldığı ali məktəbdən 2 ədəd tövsiyə*  məktubu  (xaricdə təhsil alan və ya işləyənlər üçün həm də – notariat  qaydada tərcümə və təsdiq edilmiş surətləri);

    6. notariat qaydada təsdiq edilmiş ali təhsil haqqında bakalavr, magistr  və ya doktorluq diplomlarının əlavələrlə birlikdə surətləri  (xaricdə təhsilini başa vuranlar üçün – notariat qaydada tərcümə  və təsdiq edilmiş surətləri);

    7. tələb olunan tədris dili imtahanının (TOEFL, IELTS və s.) və digər imtahanların verilməsi üzrəəyyən olunmuş rəsmi sertifikatın notariat  qaydada təsdiq edilmiş surəti (mövcud olduğu halda);

    8. digər təhsil müəssisələrində, kurslarda, ordinatura və magistraturada oxumağı təsdiqləyən sənədlərin əsli və notariat qaydada təsdiqlənmiş surətləri (xaricdə             təhsilini başa vuranlar üçün - notariat  qaydada tərcümə və təsdiq edilmiş surətləri);

    9. sağlamlıq haqqında arayış (AZS-086 nömrəli tibbi arayış);

    10. fəlsəfə doktoru və ya elmlər doktoru dərəcəsi almaq üçün xarici ölkədə təhsil almaq istəyən şəxslər üçün müvafiq sənədlərə əlavə olaraq tədris və tədqiqat işinə dair ümumi məlumat, həmçinin, məqalə, tezis, monoqrafiya, digər elmi nəşrlər və tədris-metodiki işlərin siyahısı;

    11. tərcümeyi-hal (CV) 

    12. 3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil 

    13. şəxsiyyət vəsiqəsinin surəti

    14. ümumvətəndaş pasportunun surəti

     

    Qeyd.

    - Bakalavrdan sonrakı təhsil səviyyəsi üçün müraciət edən, həqiqi hərbi xidmətə çağırışçı olan namizəd müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ aldığını təsdiq edən sənədi və ya hərbi xidmət keçdiyi halda, hərbi biletin notariat qaydada təsdiq olunmuş surətini təqdim etməlidir.

    - Seçim Qaydalarının 3.1.6-cı bəndinə istinadən qeyd edirik ki, bütün iddiaçıların ali təhsil haqqında diplom üzrə ixtisası xaricdə oxumaq üçün seçilmiş ixtisasa uyğun olmalıdır.

    * Hazırda Türkiyədə təhsil alanlar tərəfindən təqdim olunacaq tövsiyə məktublarından biri Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin təhsil məsələləri üzrə əməkdaşı tərəfindən təqdim edilməlidir.

     Müsabiqədə iştirak etmək istəyənlər Təhsil Nazirliyinin müvafiq veb saytlarında (www.edu.gov.az, http://xaricdetehsil.edu.gov.az) yerləşdirilmiş elanın mətnində verilən link vasitəsilə elektron ərizə formasını doldurub, çap edib imzalayaraq, müvafiq sənədlərlə birgə Təhsil Nazirliyində qeydiyyatlarını təsdiq etdirməlidirlər.

    Müraciətlərin təsdiqi, elektron ərizə doldurularkən ərizəçilər tərəfindən seçilmiş qəbul vaxtlarında Təhsil Nazirliyində həyata keçirilir.

     

    Qeyd. Təhsil Nazirliyinə təqdim olunmuş sənədlər geri qaytarılmır.

    Müraciət üçün son müddət 20 avqust 2012-ci il.

    Əlaqə telefonları: 496-91-13; 496-33-11; 496-34-00 (daxili: 164; 260; 179)