14.08.2018

Açıq tender elanı

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN 4 SAYLI ƏRAZİ MALİYYƏ HESABLAŞMA MƏRKƏZİ AÇIQ TENDERƏ DƏVƏT EDİR:

 

Tender 1 lot üzrə keçirilir:

lot 1 - Yanacağın (odunun) satın alınması

 

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Oğuz şəhəri, Xətai küç. 29 ünvanından alabilərlər (Əlaqələndirici şəxs: Mayıl Kərimov 070 610 24 99).

 

İştirak haqqı

lot 1 - 50 manat

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

3. Tender təklifi (zərflərin açıldığ ıtarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

 

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır).

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanunauyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 24.08.2018-ci il  tarixində saat 17:00-a qədər, tender təklifi  və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 31.08.2018-ci il tarixində saat 17:00-a qədər Oğuz şəhəri Xətai küç.29 ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 04.09.2018-ci il tarixində saat 11:00-da Oğuz şəhəri, Xətai küçəsi 29 ünvanında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

TENDER KOMİSSİYASI