23.05.2018

Kotirovka sorğusunun nəticələri haqqında bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar müxtəlif işlərin və xidmətlərin satın alınması üçün keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir.

Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən “Artishok - KM” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmiş və həmin təşkilat ilə 23 may 2018-ci il tarixdə satınalma müqaviləsi bağlanılmışdır.