19.04.2018

Xidmətlərin kotirovka sorğusu üsulu ilə satın alınması

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə 1 (bir) il müddətinə texniki dəstəyin göstərilməsi ilə əlaqədar xidmətlərin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.

Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər Əsaslı Tikinti və Təchizat İdarəsi, AZ1008, Azərbaycan, Bakı, Y.Bakuvi 18 ünvana 27 aprel 2018-ci il saat 15:00-a qədər təqdim olunmalıdır.

Maraqlanan təşkilatlar (012) 465-73-48/49 (daxili 135) telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.