15.03.2018

Satınalma müqavilələrinin bağlanılmasına dair bildiriş

Azərbaycan Respublikası Təhsil Nazirliyində 2018-2019-cu tədris ilinə ümumtəhsil məktəblərinin XI sinifləri üçün dərslik komplektlərinin nəşrinin və nəşr üzərində müstəsna hüquqların satın alınması məqsədilə keçirilmiş açıq tenderdə Tender Komissiyasının qərarına əsasən VI lot (“Riyaziyyat” dərslik komplekti) üzrə “Radius” MMC, XIII lot (“Kimya” dərslik komplekti) üzrə “Bakı” nəşriyyatı tenderin qalibi olmuş və 15 mart 2018-ci il tarixdə həmin müəssisələr ilə satınalma müqavilələri bağlanılmışdır. VIII lot (“Azərbaycan tarixi” dərslik komplekti) üzrə tender təkliflərindən heç biri qənaətbəxş olmamışdır.

 

Tender komissiyası