17.11.2017

Kotirovkalar sorğusu ilə satın alınmaya dair bildiriş

Azərbaycan Respublikasının Təhsil Nazirliyi müxtəlif kartric və İKT avadanlıqlarının kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 599-11-55 (daxili 5252) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 17 noyabr 2017-ci il tarixindən 23 noyabr 2017-ci il tarixinədək (saat 18:00-dək) qəbul olunacaq.

Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.