31.07.2017

“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində müsabiqənin II mərhələsi

Təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə bu sahədə işləyən və ya gələcəkdə çalışmaq arzusunda olan şəxslərin Təhsil Nazirliyinin tabeliyində olan qurumlarda  bir il müddətinə təcrübə proqramına və təlimlərə cəlb olunması üzrə müsabiqənin ikinci mərhələsi başlayıb.

Avqustun 8-də 220 nömrəli məktəb-liseydə keçiriləcək müsabiqənin II mərhələsində namizədlərə elektron formada (kompüter əsaslı) 30 test tapşırığı təqdim olunmaqla, onların məntiqi dünyagörüşü qiymətləndiriləcək.

Müsabiqə ilə bağlı məlumatlar namizədlərin onlayn ərizədə qeyd etdikləri elektron poçt ünvanlarına göndərilib.

Müsabiqə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq həyata keçirilir.

“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsinin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya  texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil  işçilərini yetişdirmək və təkmilləşdirməkdir.

Müsabiqə ilə bağlı suallarla telim@edu.gov.az elektron poçt ünvanına müraciət edə bilərsiniz.

 

Sual nümunələri