14.04.2017

Rumıniyanın Gənclər, Tədqiqat və Təhsil Nazirliyinin 2017/2018-ci tədris ili üçün elan etdiyi Təqaüd Proqramı

Təhsil səviyyəsi: Bakalavriat, magistratura, doktorantura

Yaş həddi: Bakalavriat və magistratura üçün 35, doktorantura üçün 45 yaşadək

Tədris dili: Rumın

Müraciət forması: Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları ərizə formasını doldurmalı və 24.04.2017-ci il saat 12:00-a kimi tələb olunan bütün sənədlərin surətini (skan pdf formatında) elektron poçtla admission@edu.gov.az ünvanına göndərməlidir.

Elektron poçtla göndərilən sənədlərin əslinin isə yalnız 24.04.2017-ci il saat 16:00-dan 17:00-dək Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzində əlaqədar şəxsə (Nərmin Həsənovaya) təqdim edilməsi  xahiş olunur.

Tələb olunan sənədlər:

• Ərizə forması (əlavədədir);

• CV (tərcümeyi-hal);

• Doğum haqqında şəhadətnamənin surəti;

• Şəxsiyyət vəsiqəsinin surəti;

• Ümumvətəndaş pasportunun surəti;

•  Sağlamlıq haqqında arayış;

• Yaşayış yerindən arayış;

• Attestat və ya orta ixtisas diplomunun (bakalavr dərəcəsinə müraciət edənlər üçün) surəti;

• Bakalavr təhsili üzrə diplom və diploma əlavənin (magistratura dərəcəsinə müraciət edənlər üçün) surəti;

• Bakalavr və magistratura təhsili üzrə diplom və diploma əlavə (doktorantura dərəcəsinə müraciət edənlər üçün) surəti;

• 2 ədəd fotoşəkil.

Bütün sənədlər 2 nüsxədə təqdim olunmalıdır. Sənədlərin bir nüsxəsi notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunmalıdır.

 

Ərizə forması