17.03.2017

Malayziyada tədris üzrə təqaüd proqramı

Malayziyanın 2017/2018- ci tədris ili üzrə elan etdiyi “Malayziya Beynəlxalq Təqaüd Proqramı (MİS)” barədə elanı nəzərinizə çatdırırıq:

 

Təqdim edən tərəf: Malayziya

Proqramın adı: Malayziya Beynəlxalq Təqaüd Proqramı

Təhsil səviyyəsi: magistratura, doktorantura

İxtisaslar: Elm və Mühəndislik, Kənd Təsərrüfatı və balıqçılıq, İqtisadiyyat və İslam Maliyəsi, İnformasiya və Kommunikasiya Texnologiyaları, Bioteknologiya, Biogüvənlik və Ərzaq Təhlükəsizliyi, İnfrastruktur və Komunal, Ekoloji tədqiqatlar

Qarşılanan xərclər: Təhsil haqqı, aylıq təqaüd, tibbi sığorta və yol xərcləri, kitab və daxili səyahət üçün illik qrant

Yaş məhdudiyyəti: magistratura üçün müraciət edənlər üçün yaş məhdudiyyəti 40 yaş, doktorantura üzrə müraciət edənlər üçün isə 45 yaş müəyyən edilmişdir.

Son müraciət tarixi: 31 mart 2017

Müraciət forması: Fərdi

İnternet səhifəsi: https://biasiswa.mohe.gov.my/INTER/

Əlaqə vasitələri:

E-mail: international_scholar@mohe.gov.my  

Tel: +603 8870 6387