30.01.2017

İslam İnkişaf Bankının 2017/2018-ci tədris ili üçün Təqaüd Proqramı

İslam İnkişaf Bankı (İİB) 2017/2018-ci tədris ili üçün təqaüd proqramı elan edir. Bu proqram İİB-ə üzv olan ölkələrdən olan şəxslərin dünyanın bir sıra qabaqcıl universitetlərində doktorantura təhsili almalarına və doktoranturadan sonrakı tədqiqat işi aparmalarına imkan verəcəkdir.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşlarından ərizə formasını doldurmağı və 03.02.2017-ci il tarixi saat 12:00-a kimi tələb olunan bütün sənədlərin surətini (skan pdf formatında) elektron poçtla admission@edu.gov.az ünvanına göndərmələri xahiş olunur.

Elektron poçtla göndərilən sənədlərin əslinin isə yalnız 03.02.2017-ci il tarixi saat 15:00-16:00 arası Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə əlaqədar şəxsə (Nərmin Həsənovaya) təqdim olunması xahiş olunur.

Proqram çərçivəsində qarşılanan xərclər: təhsil haqqı, yaşayış xərcləri, tibbi sığorta və gediş-gəliş bileti.

Tələb olunan sənədlər: ərizə forması, CV (tərcümeyi-hal), bakalavr təhsili üzrə diplom və diploma əlavə, magistratura təhsili üzrə diplom və diploma əlavə, 2 ədəd fotoşəkil, ümumvətəndaş pasportunun surəti, xarici dil sertifikatı (olduğu təqdirdə), iş yerindən arayış, qəbul haqqında sənəd (olduğu təqdirdə).

Qeyd: Bütün sənədlər ingilis dilində tərcümə-təsdiq olunmalıdır.

 

Ətraflı məlumat üçün:

http://www.isdb.org/irj/portal/anonymous?NavigationTarget=navurl://c28c70fde436815fcff1257ef5982a08