11.01.2017

2016/2017-ci tədris ilinin yaz semestri üçün SABAH qruplarına müəllim qəbulu

Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH Qruplarında 2016/2017–ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislər işə dəvət olunurlar. Fənnlərin siyahısını buradan yükləyə bilərsiniz.

 

Öhdəliklər

Kurs sillabusunun hazırlanması;

Bakalavr səviyyəsində keyfiyyətli tədrisin aparılması;

Tələbə biliyinin vaxtında qiymətləndirilməsi;

 

Namizədə Tələblər

Əlaqədar sahədə Fəlsəfə Doktoru və ya Magistr dərəcəsi olan;

İKT və sahə bilikləri yüksək səviyyədə olan;

İnnovativ tədris metodikalarından istifadə edə bilən;

Müasir pedaqoji yanaşmalardan xəbərdar olan;

Dinamik, pozitiv və ünsiyyətcil;

 

Tələblərə cavab verən namizədlərdən verilən müraciət formasını doldurub, fənn üzrə sillabus, diplom və sertifikatların kopiyasını hr@sabah.edu.az ünvanına göndərmələri xahiş olunur. Seçim zamanı sahə üzrə ən azı 3 il ali tədris təcrübəsi olan, PhD və xaricdə təhsil alan namizədlərə üstünlük veriləcək. Müraciətdə 3 fənnə qədər seçə bilərlər.

 

Son müraciət tarixi: 26 yanvar 2017, saat 18:00