29.12.2016

Rusiya Federasiyasının 2017/2018- ci tədris ili üzrə elan etdiyi Təqaüd Proqramı

Rusiya Federasiyasının 2017/2018- ci tədris ili üzrə elan etdiyi Təqaüd Proqramı barədə elanı nəzərinizə çatdırırıq:

Təqdim edən tərəf: Rusiya Federasiyası

Qarşılanan xərclər (Rusiya Federasiyası tərəfindən):

• ödənişsiz təhsil;

• aylıq təqaüd.

QEYD: Təhsil yerinə gediş-gəliş xərcləri, tibbi sığorta, universitet yataqxanasında yaşayış tələbələrin özləri tərəfindən qarşılanır.

Müraciət tarixi:  09.01.2017-dək

Müraciət forması: namizədlər russia.study portalı vasitəsilə qeydiyyatdan keçməli və müraciət formasını doldurmalıdırlar. Göstərilən tarixdən sonra qeydiyyatdan keçənlərin namizədlikləri nəzərə alınmır. Qeydiyyat başa çatdıqdan sonra I mərhələnin şərtləri barədə məlumat namizədlərə bildiriləcəkdir. I mərhələdən uğurla keçmiş namizədlərə müvafiq sənədlərini elektron müraciət formasına yükləmək imkanı yaradılacaq.

Ali təhsil müəssisələri: Universitetlərin siyahısı və digər vacib məlumatlarla http://минобрнауки.рф, www.russia-edu.ru internet səhifələri vasitəsilə tanış olmaq mümkündür.

Əlaqə vasitələri: riccabiturient@yandex.ru, iş günləri, saat: 11:00-13:00 aralığında tel:+994124964500 (Пономарёва Юлия Валерьевна), bununla yanaşı russia.admissions@edu.gov.az