19.07.2016

Satın alınma ilə bağlı bildiriş

Təhsil Nazirliyinin aparatına aid kondisionerlərdə müxtəlif təmir və profilaktik işlərin görülməsinin kotirovkalar sorğusu üsulu ilə satın alınması həyata keçirilir.

Maraqlanan təşkilatlar (012) 599-11-55, daxili 5252 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 25 iyul 2016-cı il tarixdə, saat 18:00-dək qəbul olunur .

Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.