Lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2014-2015-ci dərs ilinə aid nümunəvi tədris planlarının təsdiqi haqqındaAzərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikasının lisey, məktəb-lisey və gimnaziyalarında təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq
 
ƏMR  EDİRƏM:
        
1.  Azərbaycan Respublikasının tədris Azərbaycan və rus dillərində aparılan lisey, məktəb-lisey və gimnaziyalarının təmayül sinifləri üçün 2014-2015-ci dərs ilinə aid nümunəvi tədris planları və tədris planlarına dair “Qeydlər” təsdiq edilsin (əlavə olunur).
2. Məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov), İqtisadiyyat şöbəsi (R.Orucov), Tədris resursları şöbəsi (F.Şahbazlı) nümunəvi tədris planlarının çap olunub vaxtında yerlərə çatdırılmasını təmin etsinlər.
3. Təhsil modeli və təmayül istiqaməti əsas tutulmaqla bəzi lisey və gimnaziyaların tədris planlarının fərdi qaydada təsdiq olunacağı nəzərə alınsın.
4. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin əlavələrlə birlikdə «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.
 
 
Mikayıl Cabbarov,   
Azərbaycan Respublikasının təhsil naziri 
5 avqust 2014-cü il 
№ 847

 
Əlavələr: