Dərsliklərin qiymətləndirilməsi meyarları

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30.03.2012-ci il tarixli,
517 nömrəli əmri ilə təsdiq edilmişdir.

 

Dərslik Bal
Amillər
1. Məzmun 60
1.1. Fənn kurikulumundakı bütün məzmun standartlarının reallaşdırılması səviyyəsi 10
1.2. Təlim materiallarının və faktların elmiliyi, dəqiqliyi, etibarlılığı 10
1.3. Mövzularda didaktik tələblərin (şəxsiyyətyönlük, tələbyönlük, nəticəyönlük, tərbiyəvilik) gözlənilməsi 4
1.4. Tədris vahidlərinin və materialların sadədən mürəkkəbə doğru ardıcıllığı 4
1.5. Fəndaxili və fənlərarası inteqrasiya 3
1.6. Gender, irq, etnik və din məsələlərinə həssas yanaşmanın təmin olunması 3
1.7.Davamlı inkişaf konsepsiyasına müvafiq olaraq ətraf mühitə qayğıkeş münasibətin, təbii sərvətlərdən səmərəli istifadənin, ictimai və milli-mənəvi dəyərlərin təbliğ olunması 4
1.8. Tapşırıq və çalışmalarda yaradıcılıq, rəngarənglik və yaş səviyyəsinə uyğunluğun gözlənilməsi 6
1.9. İnklüzivliyin təmin olunması və diferensial təlim üçün (təlim nəticələri zəif, yüksək və sağlamlıq imkanları məhdud olanlar) materialların verilməsi 3
1.10. Müstəqil təlimə imkan yaradılması 3
1.11. İnteraktiv təlimə zəmin yaradılması 3
1.12. Qapalı, açıq və yarımaçıq tipli tapşırıqların sayının mütənasibliyi 2
1.13. Nəzəri məlumatlarla praktik tapşırıqlar arasında vəhdətin və mütənasibliyin gözlənilməsi 3
1.14. Şagirdlər üçün özünüqiymətləndirmə materiallarının daxil edilməsi 2
2. Dil və yazı üslubu 20
2.1. Dil və üslub cəhətdən şagirdin yaş səviyyəsinə uyğunluq 5
2.2. Dil qaydalarına əməl olunması 8
2.3. Söz ehtiyatının və nitq inkişafının nəzərə alınması 4
2.4. Yeni söz və terminlərin izahının verilməsi 3
3. Dizayn, rəsm və illüstrasiyalar/ bədii tərtibat 20
3.1. Rəsm və illüstrasiyaların orijinallığı 5
3.2. Rəsm və illüstrasiyaların mətnə uyğunluğu, ifadəliliyi və aydınlığı 5
3.3. Rəsm, illüstrasiya və dizaynın məzmunun səmərəli mənimsənilməsinə təsiri 2
3.4. Rəsm və illüstrasiyalarda cəlbedicilik və şagird marağının nəzərə alınması 2
3.5. Mətnə görə şəkillərin uyğun yerləşdirilməsi və həcm nisbəti 2
3.6. Vahid dizayn üslubunun gözlənilməsi 2
3.7. Üz qabığının tərtibatının dərsliyin məzmununa uyğunluğu 2
Cəmi : 100

 

Müəllim üçün metodik vəsait Bal
Amillər
1. Metodoloji əsaslandırma / Giriş 6
1.1. Fənn kurikulumunun tələblərinin reallaşma mexanizmlərinin şərhi və əsaslandırılması 3
1.2. Dərsliyin hazırlanması prinsiplərinin şərhi 3
2. Təlim materiallarının tədrisi ilə bağlı ümumi metodik göstərişlər: 16
2.1. Ümumi tövsiyələr 10
2.1.1. Təlim məqsədlərinin standartlara uyğunluğu, tətbiq olunan metod və üsulların məzmun standartlarının reallaşdırılmasında rolu 2
2.1.2. Təlim məqsədlərinin iyerarxiyasının (əlaqəlilik, mərhələlilik) gözlənilməsi 2
2.1.3. Şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla innovativ metodların tətbiqi səviyyəsi 2
2.1.4. İstifadə olunan təlim texnologiyalarının idrak taksonomiyasının mərhələlərinə (bilmə, anlama, tətbiq etmə, analiz, sintez, qiymətləndirmə) uyğunluğu 2
2.1.5. Dərs zamanı əlavə vəsaitlərə (elektron resurslar, əyani vəsaitlər, xəritələr, sxemlər və s.) istiqamətləndirmə 2
2.2. Fənn üzrə məzmun standartlarının reallaşdırılması cədvəli 2
2.3. İllik planlaşdırma nümunəsi 2
2.4. Gündəlik planlaşdırmaya dair nümunələr 2
3. Mövzuların tədrisi texnologiyasının şərhi 10
3.1. Dərsliyin hər paraqrafı üzrə materialların xarakterinə görə qruplaşdırılması 4
3.2. Qruplaşdırılmış təlim materialları üzrə işin texnologiyasının şərh olunması 3
3.3. Təlim məqsədinin reallaşdırılması ilə bağlı daha çox diqqət yetirilməli məsələlərin qeyd olunması 3
4. Qiymətləndirmə 6
4.1. Qiymətləndirmənin müxtəlif növlərinə aid vasitələrin verilməsi 6
5. Əlavə materiallar 2
5.1. Mənbələrin və resursların təqdimolunma səviyyəsi 2
Cəmi : 40