Azərbaycan Respublikası Təhsil Nazirliyinin məktəbdənkənar təhsil müəssisələri ilə bağlı bəzi məsələlər və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin məktəbdənkənar təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması ilə bağlı təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti

 

QƏRARA ALIR:

 

1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin və T.İsmayılov adına Bakı şəhəri Uşaq-gənclər Yaradıcılıq Sarayının bazasında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılsın.

 

2. Respublika Texniki Yaradıcılıq Mərkəzi "Respublika Uşaq Yaradıcılıq Mərkəzi", "Təhsil" Respublika İdman Mərkəzinin Uşaq-Gənclər Futbol Məktəbi "Təhsil" Respublika İdman Mərkəzinin Uşaq-Gənclər İdman Məktəbi", Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi "Uşaq Yaradıcılıq Mərkəzi" adlandırılsın.

 

3. Bu qərarın 1-ci və 2-ci hissələrində qeyd edilən müəssisələrin maliyyələşdirilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin "Təhsil" bölməsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilsin.

 

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 745, № 10, maddə 969, № 12, maddələr 1241, 1245; 2012, № 3, maddə 257, № 4, maddə 399, № 6, maddələr 633, 634, № 12, maddə 1346; 2013, № 6, maddə 775, № 9, maddə 1130; 2014, № 1, maddə 72, № 2, maddə 214, № 6, maddə 751, № 7, maddə 907, № 9, maddə 1120; 2015, № 3, maddə 336, № 6, maddə 807, № 8, maddə 966, № 10, maddələr 1226, 1229, № 12, maddə 1571; 2016, № 1, maddə 176, № 2, (II kitab), maddə 373, № 3, maddə 622, № 5, maddə 957, № 6, maddə 1209; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 oktyabr tarixli 405 nömrəli qərarı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın "Məktəbdənkənar təhsil müəssisələri" bölməsində aşağıdakı dəyişikliklər edilsin:

 

4.1. 1-ci və 17-ci hissələr ləğv edilsin;

 

4.2. 2-ci, 5-ci, 15-ci və 16-cı hissələr aşağıdakı redaksiyada verilsin:

"2. Respublika Uşaq Yaradıcılıq Mərkəzi

5. "Təhsil" Respublika İdman Mərkəzinin Uşaq-Gənclər İdman Məktəbi

15. Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi

16. Uşaq Yaradıcılıq Mərkəzi";

 

4.3. aşağıdakı məzmunda 21-ci hissə əlavə edilsin:

"21. 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi".

 

Artur Rasi-zadə,

 Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 1 noyabr 2016-cı il

№ 431