Gənc meşəçilərin IV Respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Uşaq və gənclərin meşəsalma sahəsində biliklərini artırmaqla, onlarda ekoloji dünyagörüşün, ətraf mühitə qayğıkeş münasibətin formalaşmasına stimul vermək, eyni zamanda meşələrin qorunması, bərpası, davamlı istifadəsi sahəsində xüsusi bacarıq və vərdişlərin öyrədilməsini inkişaf etdirmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
 
ƏMR EDİRƏM:
 
1. “Meşələri qoruyaq” mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri və yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında gənc meşəçilərin IV Respublika müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi, təşkilat komitəsi və münsiflər heyətinin tərkibi təsdiq olunsun (əlavə olunur).
3. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) müsabiqənin yekun tədbirinin keçirilməsi, qaliblərin mükafatlandırılması ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin.
4. Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi (V.Məmmədov) müsabiqə ilə bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.
5. İqtisadiyyat şöbəsi (R.Orucov) müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə vəsaitin ayrılmasını təmin etsin.
6. İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, əlavələrlə birlikdə Nazirliyin internet səhifəsində yerləşdirilməsini və çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
7. Əmrin icrasına nəzarət İnformasiya şöbəsinin müdiri Elnur Əliyevə həvalə olunsun.
Əsas: Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin 2015-ci il üçün fəaliyyət planı.
 
 
Mikayıl CABBAROV, 
Azərbaycan Respublikasının təhsil naziri 
14 aprel 2015-ci il
№430

 
 
Əlavə: