Naxçıvan MR təhsil nazirinə, rayon (şəhər) təhsil şöbələrinin müdirlərinə

Azərbaycan Respublikasının Təhsil və Fövqəladə Hallar, Gənclər və İdman nazirliklərinin birgə razılaşmasına əsasən, Fövqəladə Hallar Nazirliyinin 31 mart 2015-ci il tarixli 078 nömrəli əmri ilə uşaq və gənclər arasında Fövqəladə Hallar Nazirliyinin 10 illiyinə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” Respublika yarışı keçirilir.
Yarışın əsasnaməsi əlavələrlə birlikdə  www.edu.gov.az saytında (təhsil sahələri üzrə bölmələrin “Sənədlər yarımbölməsində) verilmişdir.
Yarışın təşkili və keçirilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri ilə əlaqə saxlamaq , qalib komandanızın müsabiqənin zona mərhələsində iştirakını təmin etmək, zona mərhələsində iştirak etmək hüququ qazanmış komandaları vahid formada geyim, idman dəstləri, nəqliyyatla təmin etmək, eyni zamanda ezam olunan komandanın rəhbəri və müşayiətçilərin ezamiyyə xərclərini vaxtında ödəmək, respublika turunda iştirak etmək hüququ qazanmış komanda haqqında məlumatları məktubla Təhsil Nazirliyinə bildirmək xahiş olunur.
 
 
Firudin QURBANOV,
təhsil nazirinin müavini
16 aprel 2015-ci il 
№ 46-20-2233/16