Respublika şahmat festivalının keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Məktəblilər arasında şahmat idman növünü təbliğ etmək, şahmatçıların təsnifat dərəcələrini artırmaq, “Şahmat” fənni tədris edilən pilot ümumtəhsil məktəblərində bu fənnin mənimsənilmə səviyyəsini artırmaq məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5 bəndini rəhbər tutaraq
 
ƏMR EDİRƏM:
 
1. 13-18 aprel 2015-ci il tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Şahmat” fənni tədris olunan pilot ümumi təhsil məktəblərinin şagirdləri arasında respublika şahmat festivalı keçirilsin.
2. Festivalın Əsasnaməsi təsdiq edilsin (əlavə olunur).
3. Festivalın təşkili və keçirilməsinə ümumi rəhbərlik “Təhsil” Respublika İdman Mərkəzinə həvalə edilsin.
4. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) festivalın keçirilməsi, qaliblərin mükafatlandırılması ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin.
5. Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi (V.Məmmədov) festival ilə bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.
6. İqtisadiyyat şöbəsi (R.Orucov) müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə vəsaitin ayrılmasını təmin etsin.
7. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri “Şahmat” fənni tədris olunan pilot məktəblər arasında yarışın rayon (şəhər) mərhələsinin keçirilməsini, yığma komandaların formalaşdırılmasını və finalda iştirakını təmin etsinlər.
8. Bakı Şəhəri üzrə Təhsil İdarəsi festivalın final mərhələsinin keçirilməsi üçün lazımi şərait yaratsın.
9. İnformasiya şöbəsi (Elnur Əliyev) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
10. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunsun.
Əsas: Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin 2015-ci il üçün iş planı.
 

 

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri 
18 mart 2015-ci il
№312

  
Əlavə: