Məktəblilərin mini futbol üzrə Bakı şəhər çempionatının keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələri yerinə yetirmək, yeniyetmələri sağlam həyat tərzinə cəlb etmək, məktəbli futbolçuların idman ustalıqlarını artırmaq, mini futbolu təbliğ etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5 bəndini rəhbər tutaraq
 
ƏMR EDİRƏM:
 
1. 20 fevral-18 mart 2015-ci il tarixində Məktəblilərin mini futbol üzrə Bakı şəhər çempionatı keçirilsin.
2. Çempionatın Əsasnaməsi, Təşkilat Komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).
3. Çempionatın təşkili və keçirilməsinə ümumi rəhbərlik “Təhsil” Respublika İdman Mərkəzinə həvalə edilsin.
4. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) çempionatın keçirilməsi, qaliblərin mükafatlandırılması ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin.
5. Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi (V.Məmmədov) çempionat ilə bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.
6.  İqtisadiyyat şöbəsi (R.Orucov) müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə vəsaitin ayrılmasını təmin etsin.
7. Bakı Şəhəri üzrə Təhsil İdarəsi yarışların keçirilməsi və məktəb komandalarının çempionatda iştirakı üçün lazımi şərait yaratsın.
8. İnformasiya şöbəsi (Elnur Əliyev) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
9. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunsun.
Əsas: Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin 2015-ci il üçün iş planı.
 
 
Mikayıl CABBAROV, 
Azərbaycan Respublikasının təhsil naziri 
13 fevral 2015-ci il  
№160

 
Əlavə: