Xocalı soyqırımının iyirmi üçüncü ildönümünün keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Bəşər tarixinə XX əsrin ən dəhşətli faciələrindən biri kimi daxil olmuş Xocalı soyqırımından iyirmi üç il keçir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 26 yanvar 2015-ci il tarixli 6 nömrəli sərəncamı ilə Xocalı soyqırımının iyirmi üçüncü ildönümünün keçirilməsinə dair tədbirlər planı təsdiq edilmişdir.
Tədbirlər Planında Təhsil Nazirliyi tərəfindən icrası nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini, təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi üçüncü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
 
ƏMR EDIRƏM:
 
1.Xocalı soyqırımının iyirmi üçüncü ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).
2.Naxçıvan MR Təhsil Nazirliyi, rayon (şəhər) təhsil şöbələri (idarələri), ilk-peşə və orta ixtisas, ali təhsil, məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri:
2.1.təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş tədbirlər müəyyənləşdirib həyata keçirsinlər.
2.2.əmrin icrası ilə bağlı görülmüş işlər barədə 2 mart 2015-ci il tarixinədək Nazirliyə hesabat təqdim etsinlər.
3.İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, əmr və tədbirlər planının çoxaldılıb yerlərə göndərilməsini və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
4.Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə olunsun. 
 
Mikayıl CABBAROV, 
Azərbaycan Respublikasının təhsil naziri 
9 fevral 2015-ci il 
№147

 
Əlavə: