• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı
18/05/2024

2024–2025-ci tədris ilindən fəaliyyətə başlayacaq Qarabağ Universitetinin bukleti hazırlanıb. Universitetdə pedaqoji, iqtisadiyyat, humanitar və sosial elmlər, mühəndislik, incəsənət, turizm olmaqla 6 fakültə üzrə bakalavriat səviyyəsinə tələbə qəbulu həyata keçiriləcək. Universitet haqqında daha ətraflı məlumat üçün bukleti təqdim edirik: #ElmVəTəhsilNazirliyi #EduAz #QarabağUniversiteti

Ətraflı
18/05/2024

Festivala hazırlıqlar davam edir! ?

Ətraflı
18/05/2024

Mayın 18-də ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinq keçirilir. Tədris dili və riyaziyyat fənləri üzrə aparılan monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də sinifdən sinfə keçmələrinə təsir göstərmir. Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərini yaxşılaşdırmaq, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək, həmçinin tədrisin keyfiyyətini artırmaqdır. Qeyd edək ki, 18–19 may tarixlərində keçiriləcək monitorinqdə 300 min nəfərə yaxın şagirdin iştirakı nəzərdə tutulub. #ETN #MÜTDA #ARTİ #EduAz #ÜmumiTəhsil #Monitorinq #IVSinifMonitorinq #VISinifMonitorinq

Ətraflı